SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Müğənni Natavan Həbibi əməkdar artist Röya Ayxanın "V element" verilişində "Qızlar mənə həmişə lağ edirdilər, deyirdilər, çuşkasan" deməyinə münasibət bildirib. 

BAKU.WS məlumat verir ki, "5/5" verilişinin qonağı olan müğənni aparıcı Zaur Kamalın "O vaxtı kimə çuşka deyirdiniz?" sualına belə cavab verib: 

"Elə indi də ona elə deyirik. Əslində məntiqi başa düşmədim. Demişiksə də, əcəb etmişik. Bizim aramızda o qədər zarafatlarımız olub ki, hamısını açıqlasaq... Həmişə hamı yüksəkdə olsun. Biz bir-birimiz üçün ulduz ola bilmərik, bir yerdə böyüyən uşaqlarıq. Hamımız bir-brizmizə çox şeylər deyirdik. Ona isə lap çox söz deyirdik. İndi bir-birimizi görmürük, hərənin öz işi, öz ətrafı var" deyərək gülüb.
 
Qeyd edək ki, Röya Ayxan ATV kanalında yayımlanan "V element" verilişində "W-trio" qrupunun vaxtındakı çətinliklərindən danışarkən bunları deyib:
 
"Qızlar həmişə mənə lağ edirdilər. İngilis dilini bilmirdim deyə, deyirdilər, "çuşkasan". Toyxanalarda oxuyacaqsan. Qadınlar ibarət ansamblın olacaq. Çünki onlar məndə ancaq bunu hiss edirdilər. Bunun da səbəbi o idi ki, mən həmişə evə pul aparmağa çalışırdım. İndi inciməsinlər, hər şey əksinə oldu" deyib. 
 
BAKU.WS