VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Röya Ayxan vaxtilə üzvü olduğu "W-Trio" qrupu ilə bağlı ilk dəfə heç yerdə demədiyi etirafı edib.

BAKU.WS xəbər verir ki, ifaçı "Fəlakət" obrazı ilə tanınan aktyor Elşən Orucovun "Fəlidən doğru xəbər" "Youtube" layihəsinin qonağı olub.

Röyanın "Bu "W-trio" qrupunu kim dağıtdı" sualına cavabı belə olub:

"Mən dağıtdım. Çünki hamımız dağılışmaq istəyirdik. Birinci mən getdim".

Xatırladaq ki, qızlardan ibarət W-Trio pop qrupu 1999–2006-ci illərdə fəaliyyət göstərib. Qrupun əsas üzvləri Röya Ayxan, Elnarə Xəlilova və Natavan Həbibi idi. W-Trio Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova kimi ulduzların mahnılarında bek-vokal oxuyublar. Xüsusilə Aygün Kazımovanın konsertlərində dəfələrlə səhnə alıblar. Qrup “Ay ləli yar” mahnısı ilə məşhurlaşmışdı.

Aysel
BAKU.WS
VİDEO