Röyadan "W-Trio" qrupu ilə bağlı ŞOK ETİRAF - VİDEO

Röyadan W-Trio qrupu ilə bağlı ŞOK ETİRAF - VİDEO
Video
Şou-biznes 1450

Xalq artisti Röya Ayxan vaxtilə üzvü olduğu "W-Trio" qrupu ilə bağlı ilk dəfə heç yerdə demədiyi etirafı edib.

BAKU.WS xəbər verir ki, ifaçı "Fəlakət" obrazı ilə tanınan aktyor Elşən Orucovun

" rel="external noopener noreferrer">"Fəlidən doğru xəbər" "Youtube" layihəsinin qonağı olub.

Röyanın "Bu "W-trio" qrupunu kim dağıtdı" sualına cavabı belə olub:

"Mən dağıtdım. Çünki hamımız dağılışmaq istəyirdik. Birinci mən getdim".

Xatırladaq ki, qızlardan ibarət W-Trio pop qrupu 1999–2006-ci illərdə fəaliyyət göstərib. Qrupun əsas üzvləri Röya Ayxan, Elnarə Xəlilova və Natavan Həbibi idi. W-Trio Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova kimi ulduzların mahnılarında bek-vokal oxuyublar. Xüsusilə Aygün Kazımovanın konsertlərində dəfələrlə səhnə alıblar. Qrup “Ay ləli yar” mahnısı ilə məşhurlaşmışdı.

Son xəbərlər