VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Düzdür bu gün tanış olduq, amma zarafatımız dünəndən var. Super konsert, super sənətkar". Bu sözləri Xalq artisti Miri Yusif Cem Yılmaz haqqında yazıb.

BAKU.WS xəbər verir ki, Xalq artisti İsntaqramda foto paylaşaraq türkiyəli sənətçi ilə heç bir problemi olmadığını qeyd edib.

Xatırladaq ki, Cem Yılmaz konsertindən əvvəl jurnalistlərə verdiyi açıqlamada Miri Yusifi dinlədiyini və "Bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram", demişdi.

Daha sonra isə konsertində "Məndən bir dənədir" adlı mahnısını ifa etmişdi.

Cem Yılmaz tanınmış aktyor Fərda Xudaverdiyevlə də görüşərək, rəqs edib. Həmin anları isə Fərda lentə alıb və sosial şəbəkə hesabında paylaşıb. Yılmazla birgə rəqsinə Fərda “Azərbaycan rəqsləri dərsimizin ilk günü” şərhini qeyd edib.

 

BAKU.WS
VİDEO