Şəbnəm Tovuzlu:"Ana itkisini indi yaşadım, o qədər ağladım..." - VİDEO

Şəbnəm Tovuzlu:Ana itkisini indi yaşadım, o qədər ağladım... - VİDEO
Video
Şou-biznes 751
"Ana itkisi nədir, indi bildim. O hissləri indi yaşadım. O qədər ağladım ki... İstəyirdim haradasa 5 il yaşasın". Bu sözləri onu 1 yaşından saxlayıb-böyüdən xalasını itirən Şəbnəm Tovuzlu deyib.BAKU.WS xəbər verir ki, müğənni "Hər şey daxil" verilişində itirdiyi anasından danışıb:"Öz doğma anam Tamella rəhmətə gedəndən sonra anamın ailəsi məni atama verməyib. Məni anamın xalası Tərxanım və həyat yoldaşı həyatlarını mənə həsr ediblər, məni böyüdüblər. Onun öz övladı olmayıb. 1 yaşından onu görmüşəm. Heç kim deməsin xalası ölüb, mənim anam ölüb".Şəbnəm danışarkən kövrəlib. Verilişdə vəfat edən Tərxanım ananın görüntüləri nümayiş edilib.Aysel

Son xəbərlər