SİZİN REKLAM BURADA!
055 213 76 73


"Atamla qardaşım məni öldürmək üçün plan qurmuşdular". Bu sözləri müğənni Kərim Abasov Tarix Əliyevin (Tolik) “Youtube”da yayımlanan “Səmimi” verlişində deyib. 

BAKU.WS
xəbər verir ki, Kərim hazırda düşmən münasibətində olduğu eks prodüseri və həyat yoldaşı Təranə Səmədovanın ona vurduğu zərbələrdən danışarkən hisslərini cilovlaya bilməyib:

“Təranənin mənə vurduğu zərbələri heç Allah belə vurmayıb. Baxmayaraq ki, bütün yaşananların üstündən 12 il keçib, onu bağışlaya bilmirəm. Əlimə şans düşsə, Təranəni bir qaşıq suda boğaram. 

Mənə çox haqsızlıqlar etsə də, onun haqqında bildiklərimi danışmamışam, danışmaram da. Çünki bir qız övladı var. Susmuşam, amma o, hər zaman məni efirlərdə təhqir edib. Onun ucbatından atamla qardaşım məni öldürmək istəyirdi. And olsun Allaha. Onları qınamıram, sadəcə çox pis vəziyyətdə idilər. 12-13 il bundan qabaq və sənin övladın haqqında belə bir söz deyilir. Ən azından hörmətli kişi o sözlərə görə bayıra çıxa bilməzdi və mənin atamla qardaşım utandıqlarından bayıra çıxa bilmirdilər. 

Pilləkəndə evimə çıxanda öz qulağımla eşitdim ki, qardaşımla atam üz-üzə oturub mənim ölümümün planını cızırlar. Bunu mən öz qulaqlarımla eşitmişdim. Elə bir plan cızdılar ki... Mən elə bir vəziyyətdə idim ki, özümü öldürə bilərdim. Təranənin mənə etdikləri üzündən əsəblərim çox pis pozuldu. İki ay dəlilərlə eyni otaqda yatdım. Səncə elə insana halallıq vermək olarmı?”.

K.Abasov T.Səmədova ilə sevgi üzərində ailə qurmadığını açıqlayıb: "Öyrəşdim. 5 il nikahsız bir yerdə qalmışıq. 1 il 5 ay rəsmi nikahda yaşamışıq. Birlikdə 6 il yarım edir".

Xatırladaq ki, T.Səmədova K.Abasovla ayrıldıqdan sonra onun oriyentasiyası ilə bağlı mənfi fikirlər səsləndirmişdi.  

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO