Kərimdən Təranəyə: "O qədər şərəfsiz adam olasan ki..."
31
okt
2018
16:55
Müğənni Kərim Abbasov keçmiş həyat yoldaşı, hazırda həbsxanada olan prodüser Təranə Səmədova haqqında şəxsi "Instagram" hesabında paylaşım edib. BAKU.WS-in məlumatına görə, Kərim Təranənin fotosunu paylaraq bunları yazıb:"Allah şahidim olsun ki, bu insanın tutulmağına sevinmədim. Gərək o qədər qəddar, şərəfsiz adam olasan ki, insanın bu halına sevinəsən. Mən o ürəyin sahibi deyiləm. Sadəcə birinci növbədə anasına ürəyim yandı. Yazıq onsuz gün görməyib. Ömür boyu əziyyət çəkib. Xəstəlikdən əziyyət çəkir.Allah onu anasına, balasına bağışladı ki, 1 il cəza ilə canını qurtarıb. Mənə çox pisliklər edib, içimə kimi yandırıb, cahana rüsvay edib. Mənim də ahım var. Amma yenə də Allah qapısını açsın, onu hifz eləsin. Heç olmasa türmədən çıxandan sonra düzgün həyat sürsün. Nə qədər düşmənim olsa da, belə reallıq deyilən bir şey var. Onunla evli olmuşam. Anası qarşıma yeməyin ən gözəl yerini qoyub, paltarlarımı yuyub. Haqqı var üstümdə. Uşağının atası uşağına sahib çıxmadı, olsun. Özü həbsxanadan çıxana kimi mən onun ailəsinə baxaram və sahib duraram. İnsanın dar günündə onu baltalamayaq. Sadəcə, Allah qapısını açsın deyək və Allaha həvalə edək".Qeyd edək ki, T.Səmədova qadın alverində təqsirləndirilərək, 1 illik azadlıqdan məhrum edilib.BAKU.WS
Oxşar xəbərlər
Tolikdən Elnarəyə: "Röyanın ali savadı olmasa da, çoxlarından yuxarıdadır "
Tanınmış prodüser, aparıcı Tarix Əliyev iki məşhur müğənni arasında yaşanan qalmaqala münasibət bildirib. BAKU.WS xəbər verir ki, müğənni Elnarə Xəlilovanın son...