“7 ildir qeyri-rəsmi nikahda yaşadığım insan var” – Oriyental Aytən – MÜSAHİBƏ

“7 ildir qeyri-rəsmi nikahda yaşadığım insan var” – Oriyental Aytən – MÜSAHİBƏ
Şou-biznes 3055
BAKU.WS-in budəfəki müsahibi "oriyental Aytən" kimi tanınan oriyental rəqslərin mahir ifaçısı Aytən Əliyevadır. - Aytən xanım, niyə məhz rəqqasəliyi seçdiniz?- Mən məhz oriyental rəqsi seçmişəm, digər rəqslərlə aram yoxdur. 17 ildir oriyental rəqslə məşğulam. 2 il Küveytdə ərəb qızlarından bu rəqsin sirlərini öyrənmişəm. Bir çox indiki rəqqasə həmkarlarımla rəqsi bilməyə-bilməyə oraya dəvət olunmuşdum. Məqsədim Vətənimə gəlib efirə çıxıb tanınmaq idi. 2000-ci ildə Bakıya gəlmişəm, həmin ildə də bütün efirlərə çıxmışam və tanınmışam. - İlk rəqs geyiminizi və ilk oynadığınız rəqsi xatırlayırsınız?- Xatırlayıram, köhnə rəqqasə paltarlarından idi. Ümumiyyətlə, mən o indiki lələklərlə, qılıncla, əldə şamla oynayan rəqqasələrin etdiklərini 2000-2004-cü illərdə etmişəm. Bunlar artıq mənim üçün adidir.
- Mənə restoranda çalışan rəqqasələrin bir-birinə olan münasibəti də maraqlıdır. Rəqabət varmı?- O mövzu mənə aid deyil. Mən artıq 8 ildir restoranlara, şou proqramlara getmirəm, yalnız xınada və toylarda iştirak edirəm. - Həmkarınız Rəna Ağamuradova (Renka) ilanla rəqs etdiyinə görə populyarlıq qazandı, fərqləndi. Renkanın ilanla rəqsinə münasibətiniz…- Renka mənim tələbəm olub. Mən onu hər zaman dəstəkləyirəm. - Təşkilatçılar tərəfindən aldanmamaq üçün nələri bilmək lazımdır? - Heç nə, ağlın olmalıdır.
- İmkanlı şəxslərin “hədəf”inə tez-tez düşürsünüz?- Olur, amma hər şey insanın özündən aslıdır. O təkliflər təkcə müğənni və rəqqasələr üçün deyil, adi insanlara da olunur. Elə şeylər mənə aid deyil, çünki 7 ildir qeyri-rəsmi nikahda yaşadığım insan var. - Belə bir fikir var ki, sənət adamlarının ailəsi olmamalıdır. Bu fikrə münasibətiniz… - Xeyr, yalan söhbətdir. Mən bu fikri qəbul etmirəm. - “1-2 ilə ailəmlə birgə Türkiyəyə köçməyi planlaşdırmışam. 2016-cı ilin sonuna kimi evimi mənə təhvil verməlidirlər”. Bu sözləri siz 2015-ci ildə verdiyiniz müsahibədə demişdiniz. Düşünürəm ki, sizə öncədən demək düşmür…- Düzdür, elə bir müsahibə vermişdim. Sadəcə olaraq, mən 2 ildir burada ayaqqabı mağazası açdığım üçün başım qarışıqdır və bu səbəbdən Türkiyəyə getməyimi təxirə salmışam, amma gələcəkdə oraya köçüb sənətimi davam etdirmək fikrim var. - Aytən xanım, oriyental rəqs həyatınızdan nəyi alıb, sizə nə verib?- Nə bir şey verib, nə də bir şey alıb (gülür-red.). Onu deyə bilərəm ki, bu gün Aytənəmsə, oriyental rəqsin sayəsində Aytən olmuşam. Sənətim məndən heç nə almayıb. Hüseyn MəmmədsalahovBAKU.WS

Son xəbərlər