SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeganə övladını itirən əməkdar artist Zöhrə Abdullayeva uzun fasilədən sonra ilk dəfə ATV-nin "BizimləSən" proqramında tamaşaçıların görüşünə gəlib.

BAKU.WS
xəbər verir ki, ölkənin bir nömrəli aparıcısı Zaur Baxşəliyevlə həmsöhbət oldu.

Aparıcının "Sizi ən çox nə ovundurur" sualını cavablandıran sənətkar hisslərinə və göz yaşlarına hakim ola bilməyib:

"Heç nə. Heç nə ovundurmur məni, Zaur. Övladları, gəlinim nazımı çəkirlər. Mənə özü lazımdır. Özünü istəyirəm. Balamı istəyirəm, balamı! Balamı istəyirəm, Zaur!"

Bu sözlərdən sonra hönkürtü ilə ağlayan Zöhrə xanım Zauru da ağladıb.

Oğlunun ölümünü Allahdan gələn bəla kimi qəbul etdiyini deyən əməkdar artist bunu belə izah edib: 

"Allahdan soruşurdum ki, ilahi, min şükür, məni belə rahat yaşadırsan, bunun axırı necə olacaq? Axı hər qara zolaqdan sonra ağ, ağ zolaqdan sonra qara gəlir. Elə bil hiss etmişdim ki, həyatımda bir sünami olacaq. Həyatımda hər şey sakit və rəvan idi, bu dərəcədə ola bilməzdi axı!  

Allah dedi, dayan, göstərəcəm. Kaş mənə nə isə edəydi... Ağıllı balam ağıllı başından xəstələndi. Qəfil oldu, səbəbini bilmədik. Həkim deyir, ola bilər başı haçansa harasa dəyib. Doğrudan da bir dəfə bağda 2-ci mərtəbədən yıxılmışdı. Amma başı dəymədi axı... İndi də deyirlər yazıdır, bəlkə mənə ürək-dirək verirlər.

"Ağıllı balalar, ağıllı həyat yoldaşı qoyub gedib. Hər şərait yaradıb onlara. Amma mənə özü lazımdır. Zaur, mənə özü lazımdır! Özünü istəyirəm! Balamı istəyirəm! Razıyam e, yuxuma gəlib mənə desin ki, yerim yaxşıdır, ağlama. Görün nə həddir ki, ona da razıyam!"

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO