Şəmkirin Sarıtəpə kəndi ərazisində baş verən ağır yol nəqliyyat hadisəsində ölənlərdən biri müğənni Cəmil Əfəndinin qardaşıdır.

BAKU.WS
xəbər verir ki, 36 yaşlı Məhərrəmov Elbrus Hüseyn oğlu yük maşını ilə toqquşan sərnişin avtobusunda olub.

Lənkəran rayon sakini 1983-cü il təvəllüdlü E.Məhərrəmov Cəmil Əfəndinin qardaşıdır. O, “Mercedes” markalı avtobus İstanbul-Bakı marşrut xəttində sürücü köməkçisi işləyirdi. Ailəli və iki uşaq atası idi.

Sənətçinin prodüseri sosial şəbəkədə yas mərasimindən video paylaşıb.

Doğmasının ölümündən sarsılan Cəmil Əfəndinin görüntülərini təqdim edirik:

Zülfiyyə Qurbanova
BAKU.WS


VİDEO