Xalq artistinin bacısı oğlu erməni mahnısı oxumasından danışdı - FOTOLAR
01
avq
2018
09:40
Müğənni Cəmil Dadaşov "Xəzər TV"-də yayımlanan "5-də 5" verilişinin qonağı olub. BAKU.WS xəbər verir ki, aparıcı Zaur Kamal son zamanlar sosial şəbəkələrdə müğənninin ifa etdiyi qalmaqallı mahnıdan söz açıb. C. Dadaşov cavabında bildirib ki, "Sənin izinlə" ("По твоим следам") mahnısı erməni yox, türkmən bəstəkar və müğənni Kakacan Rəcəpovun repertuarına aiddir. Qeyd edək ki, sosial şəbəkələrdə azərbaycanlı müğənni Cəmil Dadaşovu erməni müğənninin repertuarından mahnı oxuduğu üçün tənqid etmişdilər. Onu da deyək ki, Cəmil Dadaşov "N-Brothers" qrupunun sabiq solistidir. Yaradıcılığında uzun müddət davam edən fasilədən sonra o, səhnəyə qayıdıb, solo karyeraya başlamaq qərarı verib. Ona bu yolda xalası Briliiant Dadaşova dəstək olur. BAKU.WS
Oxşar xəbərlər
Şou-biznesin qohumları – ARAŞDIRMA
BAKU.WS bu dəfə sənət aləmində kimin kiminlə qohum olduğunu araşdırıb. Əməkdar artist Rəşad İlyasovun xalası xalq artisti Şəfiqə Eyvazova, dayısı isə ud ifaçısı...