Astarada "Niva" aşdı, 15 yaşlı qız öldü

Astarada Niva aşdı, 15 yaşlı qız öldü
Hadisə 1406
Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib.BAKU.WS ONA-ya istinadla xəbər verir ki, rayonunun dağ kəndlərindən olan Təxtənəkəran kəndi ərazisində, 1970-ci il təvəllüdlü Əbülfət Nurməmməd oğlu Səfərovun idarə etdiyi "Niva" markalı avtomobil yoldan çıxaraq aşıb.Nəticədə sürücü ilə birgə 4 sərnişin - 1974-cü il təvəllüdlü Səringül Cəlal qızı Səfərova, 1980-ci il təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradov, 2004-cü il təvəllüdlü Aytac Əbülfət qızı Səfərova və 2004-cü il təvəllüdlü Aytəkin Əbülfət qızı Səfərova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Vəziyyəti daha ağır qiymətləndirilən Aytəkin Səfərova vəfat edib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər