SİZİN REKLAM BURADA!
055 213 76 73


Şou-biznes aləmində inanılmaz barışıq baş tutub.

BAKU.WS 
xəbər verir ki, xalq artisti Flora Kərimova ilə Tarix Əliyev arasında düşmənçiliyə son qoyulub. 

Tolik canlı əfsanə ilə birgə videosunu paylaşaraq barışıqlarını bu sözlərlə bəyan edib:

"Bilirsiz ki, mən İlhamə Quliyevanın həyatda dostu olmuşam. Kimlərsə deyir ki, İlhamə mənə hər sözünü deyirdi, nə bilim sirdaşı idim. Bilin ki, yalandır. Onun yaxın dostları teleaparıcı Lamiyə Ələkbərova, mətbuat katibi Faiq Ələkbərov, müğənni Ülvi Qılınc və mən idim. Amma Flora xanımın sənətinə hər zaman hörmətim olub, danışmasaq da mən ona hörmətlə yanaşmışam. Üç gün öncə Flora xanımla 1 saata yaxın telefonla danışıb barışdıq. Çünki ən böyük silah düzgün olmaqdı!"

Xatırladaq ki, Flora Kərimova mərhum həmkarı İlhamə Quliyeva ilə düşmən münasibətində idi. Hər iki sənətkar qarşı tərəfin çevrəsinə pis münasibət bəsləyirdi. Sənətkarların düşmənçiliyindən Tolik də illərlə əziyyət çəkib.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO