VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Birinci Xəzər İqtisadi Forumunda Azərbaycandan olan sənətçilər də iştirak edib. 

BAKU.WS
xəbər verir ki, Əməkdar artist Rəşad İlyasov və müğənni Samirə Əfəndi Avazada təşkil olunan gecədə çıxış ediblər. 

Gənc ifaçı Əfəndinin çıxışı isə türkmənlər tərəfindən xüsusi maraqla qarşılanıb. O, əvvəlcə Əməkdar artist Tünzalə Ağayevanın ona hədiyyə etdiyi “Kəpənəklər” mahnısını səsləndirib, daha sonra “Vətənpərvər ballada”nı ifa edib.
 
Tədbirdə Rusiyanın pop ulduzları Sergey Lazerev, Nyuşa, İran və Qazaxıstandan dəvət olunmuş ifaçılar da səhnəyə çıxıb. Konsertdən sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən sənətçilərə ölkənin milli sərvəti hesab olunan hədiyyələr verilib.  

Hədiyyələri sənətçilərə ölkənin Mədəniyyət naziri Şamuradov Atageldi təqdim edib.

Aysel
BAKU.WS
VİDEO