Azərbaycan teatr və kino aktrisası, əməkdar artist Sənubər İsgəndərli şəxsi Instagram hesabında qızı ilə fotosunu paylaşıb. 

BAKU.WS xəbər verir ki, aktrisanın bu paylaşımına sənət dostları xoş sözlər yazıb. Qızının gözəlliyi ilə anasından heç də geri qalmadığını yazan izləyicilər Sənubər İsgəndərliyə təriflər yağdırıb. 

Xatırladaq ki, Sənubər İsgəndərli 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülüb.

8 mart 2016-cı ildə Azərbaycan mədəniyyəti və incəsənətinə, həmçinin kino yaradıcılığı sahəsinə verdiyi töhfələrə görə Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyi tərəfindən "İlin işgüzar xanımı" mükafatı ilə təltif edilmişdir. Həmçinin "Qızıl Dərviş" mükafatına da layiq görülmüşdür. 

Bu yaxınlarda isə prezident əməkdar artist Sənubər İsgəndərliyə ev hədiyyə edib.  BAKU.WS
QALEREYA