Əliyar Məmmədyarov: Sığorta sektorunun maliyyə göstəricilərində müsbət dinamika müşahidə olunur
Sığorta bazarında həyata keçirilən təkmilləşdirmələr sektorun dayanıqlığının güclənməsinə və inkişaf tempinin sürətlənməsinə mühüm təsir göstərib.
BAKU.WS xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov bu barədə Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı danışıb.
Ə.Məmmədyarovun sözlərinə görə, son illərdə əsas maliyyə göstəricilərində müşahidə olunan müsbət dinamika aparılan islahatların nəticələrini əks etdirir.
Belə ki, son iki ildə sığorta haqlarının həcmi 23 faiz artaraq 1,5 milyard manata, sığorta ödənişləri isə 57 faiz yüksələrək 900 milyon manata çatıb.
O qeyd edib ki, eyni dövrdə sığorta sektorunun aktivləri 18 faiz artaraq 2,1 milyard manat təşkil edib.
Mərkəzi Bank rəsmisi əlavə edib ki, sektorun kapital mövqeyi də əhəmiyyətli dərəcədə möhkəmlənib və məcmu kapitalın həcmi mövcud kapital tələblərini təxminən iki dəfə üstələyib.
Əliyar Məmmədyarov vurğulayıb ki, bu göstəricilər sığorta sektorunun sağlam inkişaf trayektoriyasında olduğunu və maliyyə sabitliyinin daha da gücləndiyini göstərir.
Oxşar xəbərlər
DSMF sədri: "Son 6 ildə vətəndaşların sosial müdafiə ilə bağlı müraciətləri 60 % azalıb"
Azərbaycanda son 6 ildə sosial müdafiə xidmətləri ilə bağlı vətəndaş müraciətləri və şikayətləri 60 % azalıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Əm...