VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Tanınmış müğənni Xatirə İslamla Elnarə Abdullayeva arasında qalmaqal yaşanıb.

BAKU.WS məlumat verir ki, müğənni 5/5 verlişində Elnarə Abdullayevanı ünvanına tənqidi sözlər deyib:
 
"Müğənnilik çətin sənətdir. Amma insan öz sənətinə hörmətsizlik etməməlidir. Toy, məclis sayəsində özlərinə gün-güzəran qazanırlar, kəndinə su çəkdirirlər, atasına ev tikdirirlər, sonra da deyirlər ki, "Yox-yox, müğənni olmaz”. Bunu necə edə bilərlər? Bu yolla qazandığınız çörəyə qiymət qoyun, hörmətsizlik etməyin".
 
Elnarə Abdullayeva isə lent.az-a açıqlamasında Xatirə İslamın cavabını verib:

"Hər kəsin öz ağlı, mədəniyyəti, qabiliyyəti və dünyaya baxış tərzi var. Mənim tərbiyəm başqadır, Xatirənin tərbiyəsi başqa...”

Xatirə İslam İnstaqram hesabında yazaraq bildirib ki, jurnalistlər ona Elnarə Abdullayeva ilə bağlı suallar verməsinlər:

"Elnarə Abdullayeva ilə bağlı mənə sual verməyin. Elnarə bilər, mən bilərəm. Mənə nə deyibsə, əcəb edib. Yaxşı edib, əlinin içindən gəlib. Bizim aramızda problem yoxdur, olsa da belə siz yox, özümüz həll edərik. Hamı gedib öz problemi ilə məşğul olsun. Bir-birimizi qırdırmaqdan ləzzət alanlar, yorulun artıq".
 
BAKU.WS