SİZİN REKLAM BURADA!
055 213 76 73



“Mən bu sənət yolunda qurbanlar vermişəm, həlak olmuşam” sözünü sevmirəm. Ay bacı, ay qardaş, nəyi qurban vermisən?"

BAKU.WS  xəbər verir ki, bu sözləri əməkdar artist Sənubər İsgəndərli İTV-də yayımlanan “Dikdaban” proqramında səsləndirib.

Aktrisa insanın sevdiyi sənətlə məşğul olmasının xoşbəxtlik gətirdiyini söyləyib:

"Əgər sevdiyin sənətlə məşğul olmusansa, bu, sənə yalnız xoşbəxtlik gətirib. Sevdiyim işlə məşğulam, işə gedəndə xoşbəxt oluram. Bütün sahələrdə problemlər olur. Heç vaxt demərəm ki, ömrümü bu sənətdə çürütmüşəm”.

Aysel
BAKU.WS