Mətanət İsgəndərli qızından danışıb ağladı: "Yüz min pul yığmışdı"
28
yan
2018
11:26
"Öz zəhmətimlə yaşayan insan, zöhmetkeş anayam. Dişimlə-dırnağımla istədiyimə çatdım. Daim əzablı yollar keçdim".BAKU.WS-in axşam.az-a istinadla məlumatına görə, bu sözləri əməkdar artist Mətanət İsgəndərli "Zaurla Günaydın" verilişinə açıqlamasında deyib. Müğənni tez-tez depressiyaya düşdüyünü etiraf edib:"Hər zaman kiçik bir şeyi dərd etmişəm. Heç vaxt maskalanmadım. Kiçik bir qalmaqal olanda, günlərlə pis olmuşam. Ətrafım da məni belə tanıyıb. İstəmərəm artıq hərəkətlər edim. O qədər xətrimə dəyən olur... Gəlib evə səhərə qədər yatmıram ki, niyə cavabını vermədim".İsgəndərli Türkiyəyə ərə verdiyi qızı Ülkərdən danışıb kövrəlib:"Qızım çox yaxşı yerə ərə gedib. Başına and içirlər. Hələ toydan sonra bura gəlməyib. Bir aya gələcək. Ülkər çox düşüncəli idi. Uşaqlıqdan özünə cehiz pulu yığırdı. Yüz min pul yığmışdı. Çoxunu mən xərclədim. Qalanını da verdim, apardı".BAKU.WS
Oxşar xəbərlər
Mətanətin qızının toyu təxirə salındı
Xəbər verdiyimiz kimi, əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər türkiyəli iş adamı Enginlə ailə qurub.BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, cütlüy...