6 kq piyi çıxarılan prodüser danışdı: "Hələ arıqlamağa davam edəcəyəm"

6 kq piyi çıxarılan prodüser danışdı: Hələ arıqlamağa davam edəcəyəm
Şou-biznes 3341

 

Prodüser Təranə Səmədova bu yaxınlarda etdirdiyi plastik əməliyyatdan danışıb. 

Axşam.az-ın məlumatına görə, bədənindən 6 litr piy aldıran prodüser "Xəzər maqazin"ə açıqlamasında proseduru davam etdirəcəyini deyib:

"İnsan gözəl görünmək üçün normal prosedurlara əl atmalıdır. Hər şeyi çərçivədə etməlisən. Ağlım kəsəndən artıq çəki ilə mübarizə aparıram. Efirdə olanda yaxşı görüntü yaranmır, köklüyümə görə də kompleks yaşayıram. O qədər alışmışam ki, tez-tez arıqlayıb kökəlməyə... Təklif gəldi ki, yeni üsulla liposaksiya mümkündür. Mən də razılaşdım. Hələ arıqlamağa davam edəcəyəm".

BAKU.WS

Son xəbərlər