6 illik evliliyi 15 dəqiqədə bitən Mahsun Kırmızıgül kövrəldi - VİDEO

Ötən gün məşhur müğənni Mahsun Kırmızıgül və həyat yoldaşı Ece Binay boşanıblar.
BAKU.WS xəbər verir ki, İstanbulun Beykoz bölgəsində baş tutan məhkəmə prosesində hakim cütlüyün yeganə qızının qəyyumluğunu anaya verib. Bununla da 6 illik evlilik 15 dəqiqədə bitib.
Məhkəmə yekunlaşdıqdan sonra Mahsun onu gözləyən jurnalistlərin suallarını cavablandırıb.
Boşanması ilə bağlı danışan sənətçi “Evliliyimizi qorumağa çalışdıq, amma alınmadı. Olanlar oldu” sözlərini söyləyib. Həyat yoldaşından ayrıldığına görə heyifsilənən Kırmızıgül açıqlama verərkən kövrəlib.
Xatırladaq ki, Mahsunla Ece 2016-cı ildə ABŞ-da ailə həyatı qurublar.
Oxşar xəbərlər
Azərbaycanın boşanan məşhurları - SİYAHI
Tanınan simalar hər zaman şəxsi həyatları ilə maraq dairəsində olublar. BAKU.WS axşam.az-a istinadən boşanan məşhur şəxslərin siyahısını təqdim edir:Müğənni Lət...