Model İgo Guseinov (İqaməddin Hüseynov) sevib-seçdiyi bloqqer Leyla Muradlıya evlilik təklifi edib.


BAKU.WS-in məlumatına görə, dəniz kənarında baş tutan mərasim rəngarəng görüntülərlə yadda qalıb.

Çox xoşbəxt görünən cütlük bir-birilərinə sevgilərini etiraf ediblər.



Onları bu xoş günündə yaxın dostları da tək buraxmayıblar.

BAKU.WS-ə açıqlama verən İgo çox sevincli olduğunu qeyd edib. O, hər kəsə xoşbəxtlik və sevib-sevilməyi arzu edib.

Qeyd edək ki, azərbaycanlı model İgo Guseinov fəaliyyətini hazırda Türkiyədə davam etdirir. Model bir çox məşhur brendlərin reklam çarxlarında rol alıb. 2017-ci ildə Fransanın Paris şəhərində keçirilən "Best Model of The World" gözəllik müsabiqəsində Rusiyanı təmsil edən İ. Guseinov “Best Physics” nominasiyası üzrə qalib gəlib.

Hüseyn Məmmədsalahov
BAKU.WS