Azərbaycanlı model "Ən yaxşı gecə libası” nominasiyasında mükafat aldı (FOTO)
Çində keçirilən gözəllik müsabiqəsində "Ən yaxşı gecə libası” nominasiyasında azərbaycanlı model 2-ci yerə layiq görülüb.
Azərbaycanlı model Nərmin Səfərova 25 fevral tarixində Çinin Taybey şəhərində təşkil olunan "Queen of Brilliancy International – 2017" beynəlxalq gözəllik müsabiqəsində ikinci yeri tutub.
BAKU.WS-in Sputnik Аzərbaycan-a istinadən verdiyi xəbərdə bildirilir ki, Nərmin Səfərova Queen of Brilliancy International-2017 müsabiqəsində "Ən yaxşı gecə libası” nominasiyasında qalıb olub. Təşkilatçı Aqil Mamiyevin bidirdiyinə görə, Səfərova podiuma Rumıniyada keçirilən "Dress of the world" müsabiqəsində qalıb olmuş dizayner Aygün Talıbovanın tikdiyi geyimdə çıxıb.
Onu da qeyd edək ki, Nərmin Səfərova həmçinin də "Miss Maxim 2014" müsabiqəsinin də qalibidir. Model hazırda ölkəmizdən xaricdə keçiriləcək növbəti layihəyə hazırlaşır.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanı gözəllik müsabiqəsində bu qız təmsil edəcək (FOTO)
"Dünya Sülh Gözəli" beynəlxalq gözəllik müsabiqəsində ölkəmizi təmsil edəcək model bəlli olub. BAKU.WS məlumat verir ki, sentyabr ayında, Çin Xalq Respublika...