Xəbər verdiyimiz kimi, dekabrın 25-də "Maşın şou"nun iştirakçıları ilə media nümayəndələri arasında keçirilən görüşdə hazırda avtomobil uğurunda mübarizə aparan tanınmış simalar jurnalistlərin suallarını cavablandırıblar.

BAKU.WS-in məlumatına görə, sorğu-sual zamanı avtomobili ola-ola yarışmaya qatılan tanınmışlar bunun səbəbini izah ediblər.  


Aparıcı, aktyor Sərxan Kərəmoğlu:

"Avtomobilim var, amma danq-danq edə-edə gedir. Ona görə də təzə maşın istəyirəm".


Müğənni Dilarə Kazımova:

"Mənə oyun maraqlıdır. Böyük təcrübədir. Eyni adamlarla 24 saat ünsiyyətdə, 5 saatdan çox isə maşının ətrafında olursan. Telefon da yoxdur, hər şeydən təcrid olunmuşuq".


Aparıcı Ranar Musayev:

"Burada velosiped olsaydı, biz heç gəlməzdik. Buranın həqiqətən də çox gərgin rejimi var. Bilirsiniz ki, yaradıcı insanların yatmaq, yemək vaxtı fərqli olur. Burada, əslində, normal insanın həyat tərzidir: səhər tezdən oyanmalısan, səhər yeməyini yeməlisən, mütləq hazırlaşıb oteli tərk etməlisən və s. Məsələn, mən heç vaxt bu rejimlə yaşamamışam, ona görə də beynim tam çönüb. Əslində, bu, normal həyatdır, belə də olmalıdır. Təsəvvür edin ki, 10 gündür telefonsuzuq. Biz burada baş verənlərin ləzzətini ala bilmirik. İstəyirik görək ki, kim kimə hansı reaksiyanı göstərdi. Onu görsək, bilərik ki, kim kiminlə daha yaxındır, kim kimi sevmir və s. Biz sanki komfortlu türmədəyik".

Hüseyn Məmmədsalahov
BAKU.WS