SİZİN REKLAM BURADA!
055 213 76 73



Belarusun paytaxtı Minskdə IX Beynəlxalq Opera Forumu keçirilib. 


BAKU.WS xəbər verir ki, dünyanın tanınmış opera ulduzlarının çıxış etdiyi forumda Azərbaycanı Xalq artisti Fidan Hacıyeva təmsil edib.

Dekabrın 13-dən 21-nə qədər baş tutan beynəlxalq forum çərçivəsində opera müğənnilərinin Minsk Böyük Teatrının səhnəsində konsertləri baş tutub. 

Fidan Hacıyevə deyib ki, bu forumda ölkəmizi təmsil etmək və bu mötəbər səhnədə çıxış etmək onun üçün çox böyük qürur hissidir:

“Konsertdən sonra teatrın rəhbərliyi, konsertin dirijoru, solistlər gözəl çıxışa görə məni təbrik etdilər. Bu mənim Minsk Böyük Teatrında artıq üçüncü çıxışım idi. Bu teatr səhnəsində mən "Karmen" operasını da oynamışam. Mötəbər tədbirlərdə, eləcə də səhnələrdə Azərbaycan adından çıxış etmək mənim üçün fəxrdir”.

Bundan əlavə, forumda Xalq artisti fəxri fərmanla təltif olunub. 

BAKU.WS