SON DƏQİQƏ! Röya Ayxanın qəzadan sonra ilk görüntüsü yayıldı - FOTO (YENİLƏNİB)

SON DƏQİQƏ! Röya Ayxanın qəzadan sonra ilk görüntüsü yayıldı  - FOTO (YENİLƏNİB)
Şou-biznes 37504
Əməkdar artist Röya Ayxanın yol qəzasından sonra ilk görüntüsü yayılıb.BAKU.WS-in məlumatına görə, aparıcı Hacı Nuran qəzaya düşən Röyanı evində ziyarət edib. O, Röya və onun oğlu ilə şəkil çəkdirərək sosial şəbəkədə paylaşıb. Fotoda Röyanın qolunun gipsdə olduğu görünür.21:39Əməkdar artist Röya Ayxanın köməkçisi Vüsal Rzayev BAKU.WS-ə açıqlamasında bildirib ki, müğənni artıq xəstəxanadan evinə buraxılıb.İfaçının səhhəti qaydasındadır.20:50Aldığımız son məlumata görə, Röya Ayxan artıq müayinə olunub. BAKU.WS xəbər verir ki, onun səhhətində ciddi problem olmadığı bildirilir.Qəza zamanı müğənninin qolu əzilib. 20:29Əməkdar artist Röya Ayxanın avtomobil qəzasına düşməsi haqda xəbərlər yayılıb. İfaçının təcili tibbi yardım maşını ilə "HB Güvən" klinikasına aparıldığı bildirilir.BAKU.WS olaraq yayılan xəbərlərin nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək üçün müğənninin komandasında çalışan şəxslərdən biri ilə əlaqə saxladıq.O, xəbərin doğru olduğunu bildirdi və dedi ki, Röya Ayxan hazırda rentgen müayinəsindən keçir. Hüseyn MəmmədsalahovBAKU.WS
SON DƏQİQƏ! Röya Ayxanın qəzadan sonra ilk görüntüsü yayıldı  - FOTO (YENİLƏNİB)

Oxşar xəbərlər

Son xəbərlər