Türkiyənin tanınmış müğənnisi Bülent Ersoy yenə açıqlamaları və geyimi ilə gündəmə gəlib.
 
BAKU.WS məlumat verir ki, müğənni 15 metrlik açıq mavi libası ilə gündəmin əsas müzakirə mövzusu olub. 60 min Türk lirəsinə (Azərbaycan pulu ilə təxminən 21 min 200 AZN) başa gələn və özəl olaraq Bülent Ersoy üçün hazırlanmış, dərin sinə dekoltesi ilə diqqət çəkən libası, sənətçi üçüncü dəfə restoranların birində təşkil olunmuş konsertində geyinib. Jurnalistlərin suallarını cavablandıran Ersoy, evlənəcəyi ilə bağlı gəzən söz-söhbətlərin şayiə olduğunu deyib. 
 
Qeyd edək ki, Bülent Ersoy bir neçə müddət əvvəl 7 saat gözəllik salonunda qalması və 2 kq ət yeməsi ilə gündəmə gəlmişdi. 
 
BAKU.WS