5 ay əvvəl boşanan aktyorun yeni sevgilisi ilə fotosu yayıldı
Yeniliklərdən dərhal xəbərdar olun
5 ay əvvəl boşanan aktyor Anıl Altanın yeni sevgilisi ilə fotosu yayılıb.
BAKU.WS xəbər verir ki, o sosial şəbəkədə paylaşdığı son foto izləyicilərin diqqətini çəkib və qısa müddətdə müxtəlif müzakirələr yaradıb.
Bu fotodan sonra Anıl Altanın aktrisa Handan Buse Gürcan ilə yeni bir münasibət yaşadığına dair iddialar yayılıb.
İkili arasında yeni eşq yarandığı qeyd edilib. Hələlik nə Anıl Altan, nə də Handan Buse Gürcan mövzu ilə bağlı rəsmi açıqlama verməyib. Buna baxmayaraq, iddia qısa zamanda magazin gündəminin əsas mövzularından birinə çevrilib.
Xatırladaq ki, Anıl Altan 5 ay əvvələ qədər aktrisa Pelin Akillə evli olub. Onlar film çəkilişi zamanı tanış olub evləniblər. 9 il evli qalan cütlüyün iki övladı var.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...