13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 


Bir müddət əvvəl Məhəmməd Əmin Rəsulzadəyə mahnı həsr etdiyi üçün gündəmə gələn müğənni Qismət Məmmədzadə siyası sığınacaq alıb.


BAKU.WS "Qafqazinfo”ya istinadən məlumat verir ki, müğənni mühacirət üçün Almaniyanı seçib. Sənət yoldaşlarının sözlərinə görə, Qismət artıq bir neçə həftədir ki, Almaniyada yaşayır.

"Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxlayıb. Qismət hazırda Almaniyada olduğunu təsdiqləyib. Amma müğənni sığınacaq almadığını bildirib.

Qeyd edək ki, Qismət sosial şəbəkədə telekanalların ona qadağa qoyduğunu yazmışdı.
 
BAKU.WS