Məlahət Abbasova: "Röyaya "Bəyaz show"da hörmətsizlik etdilər

Məlahət Abbasova: Röyaya Bəyaz showda hörmətsizlik etdilər
Şou-biznes 3424

 

Əməkdar artist Məlahət Abbasova müğənni Röya Ayxanın "Bəyaz show”da qonaq olması ilə bağlı irad bildirib.

BAKU.WS məlumat verir ki, aktrisa sosial şəbəkədə ifaçıya qarşı hörmətsizlik edildiyini yazıb:

"Verilişin bitməsinə 10 dəqiqə qalmış dəvət olunan, Bəyazın dediyi kimi "Azərbaycanın Rihannası”na sadəcə, 1 mahnı oxutdurdular. İlk görəndə qürur hissi keçirdim. Ailəlikcə gözlədik ki, ikinci və üçüncü mahnı da oxusun, amma olmadı. Məncə bu başqa ölkədən gələn sənət adamına təhqir, hörmətsizlik idi. Bəyazın heç bir proqramında xarici ölkədən gələn qonağa belə davranmırlar. Menecer belə bir şeyi necə qəbul edib? Proqramın bitməsinə 10 dəqiqə qalmış, xala-xətrin qalmasın deyə bir mahnı ilə verilişə qatılmaq lazım idi? Öz vətənlərində belə bir təklifi hər hansı kanaldan qəbul edərdilər? Böyük bacı olaraq demək istəyirəm ki, özünüzü ucuzlaşdırmayın. Min əziyyətlə gəldiyiniz yeri, hörmətinizi bir proqrama görə itirməyin. Bu birinci dəfə olmadığı üçün belə şeylərə çox əsəbləşirəm. Röyanın nə Bəyazın proqramına, nə də Bəyaza ehtiyacı var. Bəyazın proqramı gözəl və reytinqlidir. Ora qatılarkən hər şeydən əvvəl peşəkar sənət insanı olaraq, prestijinizi zədələməyin” - deyə Məlahət Abbasova bildirib.

BAKU.WS

Oxşar xəbərlər

Röya "Beyaz Show"da (VİDEO)

Röya "Beyaz Show"da (VİDEO)

Röya Ayxan Türkiyənin Kanal D kanalında yayımlanan məşhur "Beyaz Show" verlişinin qonağı olub. BAKU.WS məlumat verir ki, aparıcı Beyazit Öztürk Röyanı "Azərbay...

6008 Şou-biznes 09:53 31 oktyabr 2015

Son xəbərlər