SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaranmasından 13 il ötür.

BAKU.WS xəbər verir ki, yarandığı gündən tamaşaçıların rəğbətini qazanan İTV bir-birindən maraqlı verilişləri ilə seçilməyi bacarıb.

İctimai Televiziya 2007-ci ildə Avropa Yayım Birliyinin (EBU)-nin üzvü seçilib və 2007-ci ildə Avroviziya Mahnı Müsabiqəsini yayımlayıb.

Telekanala 2005-2013-cü illərdə İsmayıl Ömərov, 2013-2018-ci illərdə Cəmil Quliyev rəhbəlik edib. İTV-nin hazırkı direktoru Balakişi Qasımovdur.

İTV-də məşhurlaşan və tamaşaçı sevgisi qazanan aparıcılar da az olmayıb.

13 yaşlı televiziyanın 13 ən yaddaqalan aparıcısını sizə təqdim edirik:


1. Saleh Bağırov

İTV-nin efirində ilk dəfə tamaşaçıları salamlayan aparıcı Saleh Bağırov olub. S. Bağırov hazırda "Yeni gün" verilişini aparır.


2. Hüsniyə Məhərrəmova


Hazırda ATV-də "V element" verilişinin aparıcsı olan Hüsniyə Məhərrəmova ilk addımlarını məhz İTV-də atıb. H. Məhərrəmova daha çox "Qaraj" verilişinin aparıcısı və Avroviziya Mahnı Müsabiqəsininin Azərbaycan şərhçisi kimi yaddaşlarda qalıb.


3. Leyla Quliyeva

Həmkarı H. Məhhərrəmova kimi Avroviziya Mahnı Müsabiqəsininin Azərbaycan şərhçisi kimi tanınan Leyla Quliyeva hazırda İTV-nin bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəridir. L. Quliyeva İctimai kanalda ayrı-ayrı illərdə “Yeni Gün”, "İntrada","Yaradıcılıq gecəsi", "Ekspromt", "Ustad dərsi", “Qadın dünyası” kimi verilişlərin aparıcısı olub.


4. Könül Arifqızı

Hazırda İTV-də çalışan Könül Arifqızı ilk dəfə "Patefon" verlişində debüt edib. K. Arifqızı daha sonra "Eskpromt", "Ötən əsrin nəğməsi" və s. verilişlərin aparıcısı olub. O, hazırda "Bir mahnının tarixçəsi" verilişi aparır.


5. Kamran İsrafilov

Bu ilin fevralında vəfat edən aktyor Kamran İsrafilov İTV-də uşaq verilişlərinin aparıcı kimi xatırlanır. K. İsrafilov həmçinin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət sarayın bədii rəhbəri olub.


6. Murad Arif

Hazırda bəstəkar-müğənni kimi tanınan Murad Arif aparıcı kimi İTV-də tanınıb. O, İTV-də ayrı-ayrı illərdə "Qaraj" verilişinin aparıcısı və Avroviziya Mahnı Müsabiqəsininin ilk Azərbaycan şərhçisi olub.


7. Azər Süleymanlı

Bir çox televiziya kanallarında çalışmasına baxmayaraq, Azər Süleymanlını çoxu İTV-nin aparıcısı kimi tanıyır. Bir müddət "Azərkeş" verilişini aparan A. Süleymanlı hazırda "Yeni gün"də tamaşaçılara xoş ovqat bəxş edir.


8. Vüsalə Kərimova

Vüsalə Kərimovanın 20 illik jurnalistika fəaliyyətin bir hissəsi İTV ilə bağlıdır. O, İctimai kanalda "Çarçı" informasiya proqramının aparıcısı kimi çalışıb.


9. Nərmin Qaralova

Nərmin Qaralova İTV-də "Muzekspress", "İstiqamət" və s. verilişlərin aparıcısı və redaktoru olub. N. Qaralova hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi vəzifəsində çalışır.


10. Kamran Quliyev

2017-ci ilin iyulunda İTV ilə yollarını ayıran Kamran Quliyev orada "Yeni gün", “Antrakt” və “Tevebələdçi” kimi maraqlı verilişlərin aparıcısı olub. Hazırda "KA Media" prodakşının sahibidir.


11. Ramal Hüseynov

Ramal Hüseynov İTV-də "Yeni gun", "Palitra", "Aktual", "Gənclik Meydanı" və s. verilişlərin aparıcısı olub. Daha sonra "Xəzər TV"də aparıcılıq edən R. Hüseynov hazırda ABŞ-da yaşayır.


12. Günay Namidar

"Carçı" informasiya proqramının tanınan aparıcılarından olan Günay Namidar hazırda yerli şirkətlərin birində mətbuat katibi vəzifəsində çalışır.


13. Tamilla Şirinova

Tamilla Şirinova "Carçı" informasiya proqramını rus dilində təqdim edən aparıcılardan olub. O həmçinin 2010-cu və 2014-cü ildə Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın səslərini elan edən aparıcı olub. T. Şirinova hazırda xarici ölkələrin birində yaşayır.

Hüseyn Məmmədsalahov
BAKU.WS