49 yaşında qəfil vəfat edən polkovnik, Əməkdar artist Cabir İmanovun HƏYAT HEKAYƏSİ

Bu gün Əməkdar artist Cabir İmanov dünyasını dəyişib. 49 yaşlı aktyorun qəfil vəfatı hamını dərin kədər hissinə boğdu. Bununla da Cabir İmanovun həyat və yaradıcılığı yenidən gündəmə gəlib. Bəs Cabir İmanov kimdir? Hansı film və seriallarda çəkilib?
BAKU.WS xəbər verir ki, Cabir Qorxmaz oğlu İmanov 1976-cı il iyunun 22-də Bakıda anadan olub. O 1983-1993-cü illərdə Bakıda 189 saylı məktəbdə oxuyub.
1993-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda təhsil alıb, daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1992-ci ildən "Parni iz Baku" KVN komandasının üzvü olub, sonradan "Planet Parni iz Baku" teatrında fəaliyyət göstərib.
Onun iştirakı ilə çəkilmiş məşhur filmlər arasında "Məhəllə", "Məşədi İbad-94", "Qorxma, mən səninləyəm! 1919", "Bəxt üzüyü 2" kimi ekran işləri var.
2015-ci ildə "Əməkdar artist" fəxri adına layiq görülüb. 2021-ci ildə isə "Tərəqqi" medalı ilə təltif olunub.
O polkovnik idi.

Cabir İmanovun atası Qorxmaz İmanov, qardaşı isə tanınmış aktyor Tahir İmanovdur.
Aktyor iki dəfə ailə həyatı qurub, üç övladı var. O ikinci dəfə Zara İmanova ilə evlənib. Cütlük tez-tez tədbirlərdə birlikdə iştirak edib.


Bu gün Cabir İmanovun məşq zamanı halı pisləşib. Aktyorun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib.
Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Oxşar xəbərlər
Cabir İmanovun dostu: "Bu gün 15:30-da görüşümüz var idi"
"15:30-da görüşümüz var idi". BAKU.WS xəbər verir ki, bu sözləri BAKU.TV-yə açıqlamasında vəfat edən Əməkdar artist Cabir İmanovun dostu deyib. O aktyorla planl...
