Təbiətin ən gözəl çalarlarını əks etdirən Qəbələ şəhəri Qurban bayramı günlərində həm yerli həm də xarici qonaqlar üçün milli musiqi şöləni yaşadacaqdır. Qafqaz Otellər şəbəkəsi, Heydər Əliyev adına Qəbələ Konqress mərkəzi və Azərbaycan milli konservatoriyasının dəstəyi ilə 21, 22 və 23 avqust tarixlərində Qəbələ şəhərində silsilə konsertlər keçiriləcək.

İlk gün – 21 avqust tarixində Əməkdar artist Təyyar Bayramov solo konsert proqramı ilə çıxış edəcək. Konsertdə Təyyar Bayramovu əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov müşaiət edəcək. Konsertdə həmçinin xanəndənin tələbələrinin çıxışları nəzərdə tutulub.

İkinci gün – 22 aqust tarixində xalq artisti Mənsum İbrahimovun solo konserti keçiriləcək. Xalq Artistini konsertdə əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov, Vəfadar Ramizzadə (zərb alətləri) həmçinin Habil İsmayılov (fortepiano) müşayiət edəcəklər

Üçüncü gün – 23 avqut tarixində isə xalq artisti Azər Zeynalovun solo konserti baş tutacaq. Xalq artisti Siyavuş Kərimi, əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov və Eldar Məmmədov Azər Zeynalovu konsert boyu müşayiət edəcəklər. Həmçinin bu konsertdə də xalq artistinin tələbələrinin çıxışı nəzərdə tutulub.

Milli musiqiyə töhfə və mənəvi dəstək məqsədilə Qafqaz Otellər şəbəkəsi və Azərbaycan Milli konservatoriyası konsert proqramını bütün musiqi sevərlərə tamamilə ücrətsiz həyata keçirəcəkdir. Konsert 19:00-da Qəbələ şəhərində yerləşən möhtəşəm Heydər Əliyev Konqres Mərkəzində keçiriləcəkdir.

Əlavə məlumat üçün linklər
www.qafqazhotels.com
www.ha-congressgabala.az
Ətraflı məlumat üçün: 0124043188
İ[email protected]