SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Xatirə İslam qız anası olmaq istəmir.

BAKU.WS
xəbər verir ki, "Hər şey daxil" verilişinin qonağı olan ifaçı sənətini ailəyə qurban vermədiyini dilə gətirib:

"Heç nəyi ailəyə qurban verməmişəm. Öz sənətimdəyəm, işimdə-gücümdəyəm. Saatlarla gözəllik salonunda oluram. Ürəyim hara istəyir, ora gedirəm. Yəni mənə qadağa qoyula bilməz".

Xatirə İslamın bu sözlərdən sonra verilişin aparıcısı Tarix Əliyev ona belə bir sual verib: "Xatirə, oğluna müğənni qız alarsan?"

İfaçı cavab verərkən tərəddüd edib: "Bir az zəmanı dəyişib... Alaram, amma o qızı bilirsən necə yoxlayaram? Mənim xarakterim elədir ki, heç vaxt arzulamamışam mənim qızım olsun. Xoşum gəlmir. Çünki onun böyüdüyü vaxt mənim qocalığıma düşəcək, onunla məşğul ola bilməyəcəm".

Zülfiyyə Qurbanova
BAKU.WS