SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycanda müğənni var ki, hamı onun ətəyində namaz qılar. Əslində isə, o müğənninin ağzından siqaret, dilindən söyüş düşmür. Çünki təqdimatı başqa cür gedib. İnsanda bəxt gözəl şeydir!".

BAKU.WS
-in məlumatına görə, bu sözlər Xatirə İslama məxsusdur. 

İfaçı "Hər şey daxil" verilişində müğənninin kütləyə təqdimatının əsas rol oynadığının vacibliyini vurğulayıb.

X.İslam deyib ki, efirlərdə abırlı-əxlaqlı, xanım-xatun kimi təqdim olanan həmkarlarından birinin səhnə arxasında təmamilə başqa bir insandır. 

Söhbət əsnasında Xatirə İslam şou-biznes camiyəsinin qeyri-ciddi qəbul edildiyini etiraf edib, bəzi həmkarlarını isə xaraktersizlikdə ittiham edib:

"Yazdıqlarını silirlər, söydüklərini evlərinə qonaq çağırırlar. Nə deyəsən bunlara?" 

Zülfiyyə Qurbanova
BAKU.WS