45 yaşlı Xalq artisti: "Sevməyənlərim sağ olsunlar, motivasiyamı artırırlar!" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Tünzalə Ağayevanın 45 yaşı tamam olur.
BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkədə həm ad günü, həm də sənətə gəlməyinin 20 illiyi münasibətilə paylaşım edib. Ağayeva keşməkeşli sənət yolu haqqında bunları yazıb:
“Özümə 45 yaşımın gözəlliyini yaşamağı diləyirəm. Bu il iki yubileyimi qeyd edirəm: səhnə fəaliyyətimin 20 ilini və 45 yaşımı. Həyat və sənət yolum olduqca parlaq, rəngarəngdir. Bütün bunlar Allahın lütfü və mərhəmətidir.
Yaşadığım və rast gəldiyim bütün hadisə və imtahanlara minnətdaram. Həyatıma girən “pis“ adlandırdığım insanlara və hadisələrə də ayrıca sağolum var. Çünki sonunda dərslərimdən 5 almışam. Ailəmə, sevənlərimə minnətdaram. Motivasiyamın artmasına səbəb olduqları üçün sevməyənlərim də sağ olsunlar”.
Oxşar xəbərlər
“Həyat yolumu bir azərbaycanlı müəyyən etdi” – “Jara”ya gələn Soqdiana ilə eksklüziv müsahibə - FOTO+VİDEO
26-29 iyul tarixlərində Bakıda “JARA-2018” Beynəlxalq Musiqi Festivalı baş tutdu. Gün batan cağı parlaq, təkrarolunmaz rənglərə bürünən dörd unudulmaz gün, həm...