SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun türkiyəli müğənni Petek Dinçözə torpaq sahəsi hədiyyə etməsinin səbəbi bəlli oldu.

BAKU.WS
-in məlumatına görə, seksual müğənni və onun Şəki konsertinin təşkilatçısı Pərviz Sultansoy bu gün Elgiz Əkbərin aparıcısı olduğu "Səhər-səhər" proqramının qonağı olub.

P.Dinçöz Şəkinin gözəlliyinə heyran olduğunu söyləyib, Pərviz Sultansoy isə ifaçının Şəkidə torpaq almasından danışıb:

"Şəkiyə girəndən şəhərə vuruldu. Qaldığımız oteldə balkona çıxdı və dedi ki, mən burada qalmalıyam. Sonra həyat yoldaşı ilə danışdı və ona dedi ki, mütləq bizim burada bir evimiz olmalıdır. Sonra biz icra hakimiyyətinin nümayəndələri ilə çay süfrəsində oturmuşduq. Bizə "Xoş gəldin" deməyə gəlmişdilər. Pətək xanım süfrə arxasında Şəkini çox sevdiyini və burada bir torpağının olmasını istdiyini bildirdi. Şəkinin icra başçısının müavini "Nə lazımdırsa edərik" dedi. 9 mayda Pətək Dinçözü rəsmi şəkili etdik.

Zülfiyyə Qurbanova
BAKU.WS