SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada, Moskva yaxınlığındakı Ramenskoyedə “Storex” şirkətinin boya rəfləri və plastik boruları olan anbarı yanıb.

BAKU.WS xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən yazıb.

İdarədən bildirilib ki, yanğın sahəsi 2 min kvadratmetrdir. Yanğın materialların alışqanlığı və güclü külək səbəbindən sürətlə yayılıb.

Anbar işçiləri (40 nəfər) özbaşına təxliyə edilib. Lakin ilkin məlumatlara görə, binanın içərisində insanlar qala bilər. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

BAKU.WS
VİDEO