SİZİN REKLAM BURADA!
055 213 76 73


Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlanıb.

Bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, həmin 73 nəfərdən 64 nəfəri naməlum şəhid məzarlarından tapılan şəxslərdir, 9 nəfərin meyit qalığı isə Edilli, Daşaltı və Sarıcalı kəndində aşkarlanmış kütləvi məzarlıqlardan götürülüb.

BAKU.WS
VİDEO