SİZİN REKLAM BURADA!
055 213 76 73


İstanbulda PKK silahlı terror təşkilatı tərkibində fəaliyyət göstərdiyi iddia edilən 5 şübhəli tutularaq saxlanılıb.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində PKK silahlı terror təşkilatı tərkibində fəaliyyət göstərən 8 şübhəli müəyyən edilib.

İstintaq çərçivəsində həyata keçirilən əməliyyat zamanı 5 şübhəli şəxs tutularaq saxlanılıb.

Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.

BAKU.WS