SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin 11 vilayətində hakerlərə qarşı "Qalxan" adlı əməliyyat keçirilib, 20 şübhəli saxlanılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkətləri və yüksək səviyyəli dövlət məmurlarını hədəf alan hakerlər göndərdikləri saxta e-poçtlarla 85 milyon insanın məlumatını ələ keçirərək satıblar.

Məlumata görə, polis bir-biriləri ilə virtual əlaqə yaratmış 20 nəfəri müəyyən edib. Daha sonra həmin şəxslərin kimlikləri müəyyən olunub və 11 vilayətdə əməliyyatlar başlayıb.

Eyni vaxtda edilən basqınlarda 20 şübhəli tutulub. Şübhəlilərin saxlandığı ünvanlardaçoxlu sayda cib telefonu, kompüter və texniki-rəqəmsal vasitələr ələ keçirilib.

Polis şübhəlilərin xüsusi olaraq geniş səlahiyyətlərə malik yüksək vəzifəli məmurları hədəf aldığını müəyyən edib.

Şübhəlilərin göndərdiyi saxta elektron məktublara klik edən şəxslərin parollarının ələ keçirildiyi müəyyən olunub. Bu parollar sayəsində 85 milyon insanın şəxsiyyəti, ünvanı və kredit kartı məlumatları ələ keçirilib və bu məlumatlar fırıldaqçılara satılıb.

Bundan başqa, şübhəlilərin virtual platforma qurduqları da müəyyən edilib.

BAKU.WS