SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya tərəfindən Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 139 uşaq ölüb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Baş Prokurorluğu teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, müharibə dövründə 205-dən çox uşaq yaralanıb.

Uşaqların ən çox ölüb-yaralandığı bölgələrin statistikası belədir: Kiyev vilayətində - 65, Xarkov vilayətində - 45, Donetsk vilayətində - 53, Çerniqov vilayətində - 38, Nikolayev vilayətində - 29, Luqansk vilayətində - 25, Zaporojye vilayətində - 19, Xerson vilayətində - 21, Kiyev şəhərində - 16, Jitomir vilayətində - 15 və Sumı vilayətində - 14.

BAKU.WS