Zelenski ölkədə ümumi səfərbərlik elan etdi

Zelenski ölkədə ümumi səfərbərlik elan etdi
Siyasət 233

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə ümumi səfərbərlik haqqında fərman imzalayıb.

BAKU.WS xəbər verir ki, bu barədə dövlət başçısının saytında məlumat verilib.

Sənəddə deyilir ki, dövlətin müdafiəsini təmin etmək, Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrinin döyüş və səfərbərlik hazırlığını dəstəkləmək məqsədilə ümumi səfərbərliyin elan edilməsi və keçirilməsi qərara alınıb.

Səfərbərlik qüvvəyə mindiyi gündən 90 gün ərzində həyata keçiriləcək.

Qeyd edək ki, səfərbərlik Vinnitsa, Volın, Dnepropetrovsk, Donetsk, Jitomir, Zakarpatsk, Zaporojye, İvano-Frankivsk, Kiyev, Kirovograd, Luqansk, Lvov, Nikolaev, Odessa, Poltava, Rovenskaya, Sumı, Ternopol, Xarkov, Xerson, Xmelnitski, Çerkassk, Çetnovits, Çerniqov bölgələri, Kiyev şəhəri ərazisində elan edilir.

Oxşar xəbərlər

Xerson vilayətinin bir hissəsi rus qoşunları tərəfindən işğal olundu

Xerson vilayətinin bir hissəsi rus qoşunları tərəfindən işğal olundu

Xerson vilayətinin bir hissəsi rus qoşunları tərəfindən işğal olunub. BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Xerson vilayəti dövlət administrasiy...

323 Siyasət 20:48 24 fevral 2022

Son xəbərlər