SİZİN REKLAM BURADA!
055 213 76 73


1,8 milyard dəfə yüklənmiş “ShareIt” utilitinin təhlükəli olduğu məlum olub.

BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, “ShareIt” mobil proqramı yaxınlıqda olan və müxtəlif əməliyyat sistemlərinin idarəetməsi altında işləyən qurğular arasındakı məlumatları sürətli ötürməyə imkan verir. Proqramın yaradıcılarının iddiasına görə, “ShareIt”in köməyi ilə məlumatların ötürülməsi “Bluetooth” ilə müqayisədə 200 dəfə daha sürətlidir. “Google Play”in statistikasına əsasən, mobil proqram 1 milyard dəfədən çox yüklənilib. Ancaq “Trend Micro” şirkətinin kibertəhlükəsizlik mütəxəssisləri bu proqramdan istifadənin təhlükəli olduğunu əmin edirlər.

Mütəxəssislərin sözlərinə görə, “ShareIt” proqramında aşkar edilmiş ciddi boşluqlar hakerlərə istifadəçilərin şəxsi məlumatlarını asanlıqla ələ keçirməyə və ya uzaq məsafədən qurbanların qurğularında zərərli kodu icra etməyə imkan verir. “Trend Micro” şirkətinin əməkdaşları əmindirlər ki, “ShareIt” proqramının işləmə xüsusiyyətləri hakerlərə lokal faylları yenidən yazmağa və ya istifadəçidən xəbərsiz kənar proqramları quraşdırmağa imkan verir.

BAKU.WS