SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Rəqabət Qurumu haqsız rəqabətə yol açdığı səbəbi ilə ABŞ-ın “Google” şirkətini 93 milyon lirə (təxminən 27 milyon manat) cərimələmişdi.

BAKU.WS NTV Türkiyə-yə istinadən xəbər verir ki, şirkət verilən cəzanın düzəldilməyəcəyi təqdirdə Türkiyədəki firmalar “Google” məhsulları üçün lisenziya verilməyəcəyini açıqlayıb.

Bu o deməkdir ki, “Google” şirkətinin məhsulları, Google Search, Google Play, YouTube, Gmail, o cümlədən “Android” əməliyyat sistemi Türkiyədəki texnikalarda işləməyəcək.

Qərar 12 dekabrdan sonra istehsal ediləcək bütün smartfonlara tətbiq ediləcək. Lakin, hazırda işləyən smartfonlarda isə əvvəlki qaydada işləyəcək.

Qeyd edək ki, Türkiyədə 1 ildə satılan 10 milyondan çox elefonun 89 faizi “Android” əməliyyat sistemi ilə çalışır.

Xatırladaq ki, buna bənzər qərarı ABŞ Çinin “Huawei” şirkətinə qarşı almışdı.

Fərid ƏDALƏT
BAKU.WS