VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kibertəhlükəsizlik üzrə ekspertlər Cənubi Koreya sakinlərinə hücum edən haker şəbəkəsini ifşa ediblər. Mütəxəssislərin qənaətinə görə, cinayətkarlar “Samsung” smartfonlarında mövcud olan təhlükəli boşluqdan yararlanıblar.

BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, anonim hakerlərin əsas hədəfi məşhur şəxslərə, o cümlədən aktyor, musiqiçi və fotomodellərə məxsus smartfonlar olub.

Ekspertlərin sözlərinə görə, Cənubi Koreyada yardım üçün müraciət edən beş populyar şəxs qabaqcıl “Samsung Galaxy” smartfonlarının istifadəçisi olub. Cənubi Koreyada fərdi məlumatlara müdaxilə etməklə şantaj ediləcək çoxlu məşhur mədəniyyət xadimi var.

Təhqiqat materiallarına görə, hakerlər məsafədən “Samsung” istifadəçilərinin “bulud” məlumat saxlanclarına müdaxilə edərək telefon kitabçası, zənglər tarixçəsi, SMS, fotoşəkil və videoyazıları ələ keçiriblər. Daha sonra fırıldaqçılar qurbanla messencerlər vasitəsilə əlaqə saxlayaraq pul tələb ediblər. İstifadəçilər bundan imtina etdikdə isə materialların internetdə dərc ediləcəyi ilə şantaj olunublar. Hakerlərin nə qədər istifadəçiyə hücum etməsi barədə məlumat verilmir.

Ekspertlər qeyd edib ki, məşhur insanlara marağın böyük olmasına baxmayaraq fırıldaqçıların pul qazanmaq üçün Cənubi Koreyadan kənarda yaşayan adi istifadəçilərin də smartfonlarına müdaxilə etməsi mümkündür. “Samsung” şirkəti təhqiqata hələ ki reaksiya verməyib.

BAKU.WS