SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Silahlı Qüvvələri "Pəncə-Kilid" əməliyyatı bölgəsində 2 PKK terrorçusunu zərərsizləşdirib. Bölgədə aparılan axtarış tədbirləri zamanı çoxlu sayda sursat ələ keçirilib.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"İraqın şimalında uğurla davam edən Pəncə-Kilid Əməliyyatı ilə terrorçuların yuvalarını darmadağın edən Qəhrəman Türk Silahlı Qüvvələrimiz 2 PKK terrorçusunu zərərsizləşdirib. Bölgədə həyata keçirilən axtarış əməliyyatları fəaliyyətində terror təşkilatı PKK-ya aid çox sayda sursat ələ keçirilib. Bunlara, 11 ədəd 120 mm-lik minaatan, 13 ədəd 81 mm-lik minaatan və onların sursatları, 1 ədəd 120 mm-lik minaatan lüləsi, 1 ədəd 81 mm-lik minaatan mərmisi daxildir", - deyə məlumatda qeyd olunub.

BAKU.WS