SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə silahlı qüvvələri İraqın şimalında PKK terror təşkilatının 6 silahlısını zərərsizləşdirib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Türkiyə Silahlı Qüvvələri terrorçuların yuvalarını məhv etməyə davam edir. Bu fəaliyyət çərçivəsində İraqın şimalında "Pençe-Kilit" əməliyyatı zonasında müəyyən edilən 6 PKK terrorçusu zərərsizləşdirilib", - məlumatda bildirilir.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən minlərlə Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşı və mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

BAKU.WS