SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda baş verən dəhşətli yanğında ölü sayı 27-yə yüksəlib.

BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

***17:28

İstanbulda 16 mərtəbəli binada yanğın nəticəsində ölənlərin sayı 25-ə çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, yaralılardan 3-nün vəziyyəti ağırdır.

Hadisə ilə bağlı 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

***17:17

İstanbulun Beşiktaş rayonunda 16 mərtəbəli binanın alt mərtəbəsində baş verən yanğında ölü sayı 16-ya çatıb.

BAKU.WS xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

***16:53

İstanbulun Beşiktaş rayonunda 16 mərtəbəli binanın alt mərtəbəsində baş verən yanğında 15 nəfər həyatını itirib.

BAKU.WS xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

İstanbul valisi Davud Gül yanğından sonra hadisə yerinə gedib.

"Yanğının səbəbi məlum deyil. Binanın alt hissəsi əyləncə məkanları üçün istifadə olunub. Qruplar ilk andan hadisə yerində işləyir. Hadisə nəticəsində 23 nəfər zərər çəkib. Yanğın söndürülüb", - deyə o bildirib.

Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanğın barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya zəng edərək məlumat alıb.

***16:23

Türkiyənin İstanbul şəhərində 16 mərtəbəli binanın alt mərtəbəsində yerləşən gecə klubunda təmir işləri nəticəsində baş verdiyi ehtimal edilən yanğın olub.

BAKU.WS-in Türkiyə mediasına istinadən məlumatına görə, hadisə Beşiktaş rayonu, Gayrettepe ərazisində baş verib. 

Əraziyə xilasetmə, sağlamlıq və polis qrupları cəlb edilib.

Binanın klub kimi istifadə olunan mənfi 1-ci və mənfi 2-ci mərtəbələrində baş verən yanğına yanğınsöndürənlər 31 texnika və 86 canlı qüvvə ilə cəlb olunub.

Yanğın nəticəsində 8 nəfərin öldüyü, 7-si ağır olmaqla 9 nəfərin yaralandığı bildirilir.

Yanğında qalanların xilas edilməsi istiqamətində işlər davam edir.

İstanbul Valiliyi yanğınla bağlı istintaq başladıldığını açıqlayıb.

BAKU.WS
VİDEO