Çoxdandır görünməyən xalq artisti, pop-diva Aygün Kazımova xalq artisti Mübariz Tağıyevin Heydər Əliyev adına sarayda keçirilən yubiley gecəsinə qatılıb. O, səhnəyə çıxaraq, gecəyə musiqisi ilə rəng qatıb.

BAKU.WS yeniçag.az-a istinadən xəbər verir ki, M.Tağıyev Aygünlə ilk tanışlığını xatırlayıb:

“O vaxt mən də cavan idim. Televiziyada işləyirdim, otağa gənc, model kimi bir qız daxil oldu. Dedi ki, müğənniyəm, adım Aygündür. O vaxtdan Aygün mənim dostum, bacımdır. Heç vaxt Aygünlə aramızda intriqa olmayıb”.

Aygün Kazımova M.Tağıyevin hər zaman ona dəstək olduğunu bildirib: “Mübariz müəllim hər zaman sizə minətdar olmuşam. Mənə həmişə dəstək olmusuz. O vaxt Dövlət Televiziyasında çox məhdudiyyətlər vardı. Sizin dəstəyiniz bambaşqa idi və bu günə qədər də mənə dəstəyiniz davam edir”.

Daha sonra pop-diva sözləri Baba Vəziroğluna, musiqisi Mübariz Tağıyevə məxsus “Əleykum-salam” mahnısı ilə gecəni şərəfləndirib. O şou əhlinə söz də atıb: “Şou-biznesdə salam problemi var, bu mahnı lap yerinə düşdü”.

BAKU.WS